Yuxarı

Yeni ildə tükürpədici qətllərin - Statistikası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni ildə tükürpədici qətllərin - Statistikası

2016-cı ilin ilk altı günü qanlı və amansız cinayətlərlə yadda qaldı.

Axar.az yanvarın 1-dən etibarən törədilən dəhşətli qətl və kriminal hadisələrin statistikasını hazırlayıb.

Bayram günü Şirvanda ər arvadına 9 bıçaq zərbəsi vurdu. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alındı. 1994-cü il təvəllüdlü Xanpəri Hüseynova həyat yoldaşı, Salyan sakini, 1981-ci il təvəllüdlü Aslan Əsədov tərəfindən bıçaqlandı. 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırıldı.

Paytaxtın Nizami rayonunda isə taksi sürücüsü, 30 yaşlı Həmdulla Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlandı. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırıldı.

Şəhərin Cəfərov qardaşları küçəsində 61 yaşlı Həsənağa Binnətov çiyinindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirildi. Məlum oldu ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Ayna Abbasova bıçaqlayıb. 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib.

İlin dəhşətli qətllərindən biri isə Füzulidə baş verdi. Rayonun Balabəhmənli kənd sakini, 1978-ci il təvəllüdlü Gəncəvi Sadıqov arvadı, 1984-cü il təvəllüdlü Vüsalə Əsədovanın bıçaqla boğazını kəsdi. 32 yaşlı qadının həyatını xilas etmək mümkün olmadı.

İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Vüsalə evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət Gəncəvinin xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Növbəti səs-küylü qətl isə Bakıda qızıl satanın amansızlıqla öldürülməsidir. "Jevelleri" zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadəyə 43 bıçaq vuruldu. Qətlin səbəbi bilinmir, hadisəni törədənlər tapılmayıb.

Bakının gecə klubunda isə iki nəfərin mübahisəsi qətllə nəticələndi. 1980-ci il təvəllüdlü Sadiq Fətullayev 1989-cu il təvəllüdlü Tural Abbasovu bıçaqla öldürdü.

Səhər saat 6 radələrində Bülbül prospektində yerləşən "Kofein-klub"da başlanan dava metronun "Sahil" stansiyası yaxınlığında davam edib. Sadiq Turalı bıçaqlayaraq hadisə yerindən qaçıb.

Nəhayət, paytaxtın Maştağa qəsəbəsində kürəkən arvadını, baldızını və qayınanasını bıçaqladı.İlham Qurbanov arvadı Mədinə Qurbanova, baldızı Aynurə Əliyeva və qayınanası Çimnaz Əliyevaya çoxsaylı bıçaq xəsarətləri yetirdi. Hər üç yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasındadır.

Tarix
2016.01.07 / 00:18
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla