Yuxarı

Baş Prokurorluq İnqlab Kərimova cinayət işi açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq İnqlab Kərimova cinayət işi açdı

İnqlab Kərimovun barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 7 yanvar 2016-cı il tarixdə Fransada məskunlaşmış Azərbaycan Respublikası vətəndaşı Kərimov İnqlab Qüdrət oğlunun "Feysbuk" sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də "İŞİD" terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Respublikasının Baş Prokurorluğunda həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Tarix
2016.01.09 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

Prezidentlərin iştirakı ilə iclas keçirildi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

Prezidentin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi...

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla