Yuxarı

Bakıda qadın xəz paltonu belə oğurladı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qadın xəz paltonu belə oğurladı – Video

Bakıda geyim mağazası qarət edilib. Mağazaya daxil olan qadın bahalı xəz palto oğurlayıb. Oğurluq müşahidə kameralarına düşüb.

Xəzər xəbər-in məlumatına görə, hadisə dünən günorta saatlarında Nizami rayonundakı mağazalardan birində baş verib.

Vitrindəki bahalı şubalara baxan təxminən 25-30 yaşlı qadına satıcılardan biri yaxınlaşıb kömək etmək istəyir. Amma qadın özü istədiklərini götürərək geyinib-soyunma otağına girir və bir müddət sonra oradan çıxır.

O, siqnalizasiya daşını başqa paltarın cibinə qoyarkən əvvəlcə ətrafa göz gəzdirir. Belə məlum olur ki, naməlum qadın dəyəri 1500 manat olan kiçik xəzi paltarının altında gizlədib çıxır.

Hadisə ilə bağlı mağaza sahibi Nizami Rayon Polis İdarəsinə məlumat verib. Görüntülər əsasında oğrunun saxlanılması istiqamətində əməliyyat keçirilir.

Tarix
2016.01.17 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla