Yuxarı

Qardaş qardaşı niyə öldürdü?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaş qardaşı niyə öldürdü?

Onlar butulka satmaqla ailə dolandırırdılar.

Bu sözləri Axar.az-a qardaşı Faiq Xəlilov tərəfindən qətl yetirilən Məlik Xəlilovun qonşuları deyib. Qonşuların sözlərinə görə, bu ailədə kiçik münaqişələr tez-tez baş verirmiş:

"Ailədə ana yaşlı qadındır, ataları rəhmətə gedib. Üç qardaş, bir bacıdırlar. Hadisənin qurbanı və cinayəti törədən Faiq çox vaxt içkili olardı. Eşitdiyimizə görə, sonuncu dəfə xırda məişət söhbətində sözləri üst-üstə düşməyib və bu hadisə baş verib".

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib. Məlik Xəlilov Ağarəhim oğlu qardaşı tərəfindən qətlə yetirilib. Qətlin tərəflərin sərxoş vəziyyətdə olarkən baş verdiyi bildirilir.

Ürəyindən bıçaq xəsarəti alan Məlik Xəlilovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən qardaş saxlanılıb. Faktla bağlı Sabunçu Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Tarix
2016.01.19 / 12:30
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla