Yuxarı

ADU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib:

“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı.

Biz qalib xalqın nümayəndələri kimi bundan sonra da dövlətimizin, millətimizin inkişafı və tərəqqisi üçün əlimizdən gələni etməliyik. Bu yolda hər kəs səfərbər olmalı, Cənab Prezidentin ətrafında sıx birləşməlidir”.

ADU-nun MHİK-nin sədri Misgər Məmmədov tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı bu zəfəri öz qanı ilə, öz canı ilə əldə etdi. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır.

Daha sonra ADU-nun şəhid ailə üzvləri olan əməkdaşları, müharibə iştirakçıları çıxış edib, qalib xalqın nümayəndələri kimi əldə olunan böyük Zəfərin təntənəsindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Tarix
2023.11.07 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla