Yuxarı

Gəlinini amansızlıqla öldürən kişiyə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəlinini amansızlıqla öldürən kişiyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini güllələyərək qətlə yetirən 84 yaşlı Amaxan Nəcəfovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. A.Nəcəfov məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 24-də Qusar rayonunun Avaran kəndində baş verib. Kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngindən atəş açaraq öldürüb. Bununla kifayətlənməyən qayınata mətbəx bıçağı ilə gəlninin başını da kəsib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla törədildikdə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

Tarix
2016.01.22 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla