Yuxarı

Oğru dəstəsinin başçısı polis çıxdı - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğru dəstəsinin başçısı polis çıxdı - Bakıda

Abşeron rayonunda polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi zərərsizləşdirilib.

Avtosfer.az-ın məlumatına görə, Abşeronda baş vermiş silsilə oğurluqlar barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Təxminən 3 gün əvvəl isə oğurluqları törədən dəstə növbəti evi qarət etməyə gedərkən "iş başında" yaxalanıb. Məlum olub ki, dəstə üzvləri arasında polis əməkdaşı Sərxan Manafov da var. S.Manafov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Diplomatik Korpusların Mühafizə Taborunun 2-ci bölüyünün əməkdaşıdır.

Təxminən 10 ilə yaxındır polis sistemində işləyən Sərxan Manafov öz tanışlarından ibarət 3 nəfərlik dəstə yaradıb və özü də dəstəyə başçılıq edib. O, qarət ediləcək evləri özü müəyyən edib dəstə üzvlərinə istiqamət verəndən sonra oğurluq planı həyata keçirilirmiş. Bu dəstə artıq 5 oğurluq hadisəsi törədib.

Sonuncu oğurluq hadisəsi də yanvarın 18-də Abşeron rayonunda Sərxan Manafovun müəyyən etdiyi evdən edilib. Lakin bu dəfə polis əməkdaşı həmin evdə təhlükəsizlik kamerası olduğunu bilməyib və oğru dəstəsi kameraya düşüb.

Abşeron rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbərləri nəticəsində kamera görüntülərinə də baxış keçirilib və dəstə üzvləri yaxalanıb. Məlum olub ki, onlardan biri polis əməkdaşıdır. Artıq Sərxan Manafovun həbs olunaraq Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasına göndərildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, yanvarın 18-də Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov Abşeron rayonu, Xırdalan şəhər sakini Cabir Nəbiyevin evinə daxil olaraq ev sahibi və onun oğlunu döyərək evdən 650 manat pul və 17 min manat dəyərində qızıl-zinət əşyaları apardıqlarına görə tutulublar.

Hazırda Abşeron rayon Polis İdarəsində "quldurluq" maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir: "O ki qaldı Sərxan Manafovun polis əməkdaşı olmasına, o vaxtilə polisdə işləyib, sonradan işinin öhdəsindən gələ bilmədiyinə polis orqanlarından kənarlaşdırılıb. Hal-hazırda polis əməkdaşı deyil. Özü də polisdə sıravi işçi olub".

Tarix
2016.01.24 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla