Bakıda vətəndaşları aldadan pul fırıldaqçıları peyda
olub.
Musavat.com xəbər verir ki, bu şəxslər sadə
vətəndaşların əlində olan 5-10 manatını oğurlamaqla "iş
gördüklərini", "çörək pulu" qazandıqlarını düşünürlər.
Bu şəxslərin əməlləri insanı daha çox qəzəbləndirir. Çünki göz
görə - görə insanları aldatmaq, onların pulunu oğurlamaq heç bir
mənəviyyata, insanlığa sığmır.
Özlərini ağıllı və ya çoxbilmiş hesab edən bu şəxslər oğurluq
edərək öz dolanışıqlarını təmin edirlər. Bazara gələn müəllimədən,
həkimdən, fəhlədən, təqüdçüdən oğurlayaraq…
Haqqında danışdığımız şəxslər Nizami rayonundakı "Vosmoy" (8-ci
kilometr bazarında) bazarında bu cür əməlləri törədirlər. Və hər
gün. Hər gün onlarla, bəlkə də yüzlərlə vətəndaşdan oğurluq
edirlər. Yüzlərlə deməyimizin səbəbi odur ki, bu şəxslər 1-2 nəfər
deyil. Onlar bir şəbəkədir. Və bazarın 6-7 yerində məskən
salıblar.
Bu cür pul fırıldaqçılar haqda bəlkə də çox adam eşidib və hətta
qurbanı olub. Bu pul oğurluğu yeni deyil. Uzun zamandır ki, bu cür
şəxslərin fəaliyyətindən xəbərdar olanlar da az deyil. Biz də bu
məsələni ictimailəşdirib, vətəndaşlarımızın cibinə girən bu
şəxslərin hüquq-mühafizə orqanlarının əməkdaşları tərfindən
cəzalandırılacağına ümid edirik.
Bu şəxslər bazarda bir şəbəkə kimi, fəaliyyət göstərir.
Meyvə-tərəvəz satışı ilə məşğul olmaq adı ilə əsas işləri olan
oğurluğu həyata keçirilər. Bu şəxslər satıcı kimi müştərilərə böyük
əskinaslarını xırdalamağı təklif edirlər. Bu təkliflə razılaşan
vətəndaşların əksəriyyərti mütləq aldanır. Bir daha qeyd edək ki,
bu şəxslərin əsas işi bazarda alver etmək yox, oğurluq
etməkdir!!!
Musavat.com-un əməkdaşı bu fırıldaqçıların, daha doğrusu
oğruların əməlini ifşa edib. Sizə təqdim etdiyimiz görüntülərə
baxaraq baş verənləri tam dəqiqliyi ilə anlaya bilərsiniz.
Fırıldaqçıların bu cür əməlindən uzun zamandır xəbərdar olsaq da,
müşahidlər aparsaq da onları ifşa edəcək görüntülərimiz
olmadığından ictimailəşdirə bilmirdik. Əməkdaşımız nəhayət ki, bu
fırıldaqçıların əməllərini ifşa edən görüntüləri çəkə bilib.
Aşağıdakı videoda fırıldaqçıların bu əməliyyatı necə keçirdiyini
əks etdirən görüntüləri təqdim edirik: