Yuxarı

Qar fəlakəti: onlarla kənd işıqsız qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar fəlakəti: onlarla kənd işıqsız qaldı

Respublikaya yağan qar bir sıra problemlər yaradıb.

Axar.az xəbər verir ki, bəzi rayonların kəndlərində elektrik enerjisi kəsilib.

Hazırda Şamaxının beş kəndi ilə əlaqə yoxdur. Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur.

Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, 10-a yaxın ağır texnika və canlı qüvvə kənd yollarının qardan təmizlənməsi işlərinə cəlb olunacaq. Yolların açılmasına günün ikinci yarısı başlanacaq.

Cənub rayonlarında da güclü qar fəsadlar törədib. Yardımlı Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin nəqli dayanıb.

Lerikdə də elektrik enerjisi təminatında problemlər yaranıb. Bəzi ərazilərdə elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə rayonun 60-dək yaşayış məntəqəsi işıqsız qalıb.

Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yolda hazırda yalnız yük maşınlarının hərəkəti mümkündür.

Qəbələ kəndlərində də elektrik enerjisi kəsilib. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Abil Ağasəfov bildirib ki, hazırda rayon elektrik şəbəkəsinin briqadaları kompleks şəkildə ərazilərə cəlb olunub. Rayonun Solquca, Mixliqovaq, Yemişanli, Kotuklu, Uludaş, Dandıx, Abrıx və Qəmərvan kəndlərinin elektrik enejisi kəsilib.

Tarix
2016.01.26 / 12:37
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla