Yuxarı

Minaaxtaran qadınlar belə seçilir - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minaaxtaran qadınlar belə seçilir - Açıqlama

Kişilər üçün hansı kriteriyalar tələb olunursa, gender bərabərliyinə uyğun olaraq qadınlarda da eyni əsaslar tələb olunur. Minaaxtaran şəxslərdə əsas diqqət edilən məqamlar psixoloji və fiziki cəhətdən sağlamlıq, təlimlərdə yüksək nəticələr göstərmək və imtahanların uğurla verilməsidir. Bundan sonra həmin şəxslər işə qəbul olunur.

Axar.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sədri Hafiz Səfixanov Globalinfo.az-a minaaxtaran qadınların hansı əsaslarla seçilməsinə dair sualı cavablandırarkən deyib.

"Noyabrın 28-də Azərbaycanın minaaxtaran qadınlarının sertifikatlaşdırılması baş tutmuşdu. Həmin şəxslər sadalanan kriteriyalara uyğun idilər.

İngiltərənin Minalar üzrə Məsləhət Qrupunun (MAG) mütəxəssisləri tərəfindən Tərtərdə qadın minaaxtaranlara təlim keçirilib. Sentyabr ayında isə mina təmizləmə prosesinin monitorinqi baş tutub. Həmin qadınlar kişilərlə çiyin-çiyinə minaların təmizlənməsində iştirak ediblər.

Hazırda 28 mina təmizləyən qadın fəaliyyət göstərir. Təlimlərə cəlb olunan 40 qadından yuxarıda sadalanan kriteriyalara uyğun olan 28 nəfər qaldı. Onlar da bu gün mina təmizləmə prosesində iştirak edirlər”, - deyə o bildirib.

Tarix
2023.12.02 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının şok eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla