Yuxarı

Tələbənin sevgilisini öldürüb basdırmasının – Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbənin sevgilisini öldürüb basdırmasının – Təfərrüatı

Daşkəsəndə sevgilisini öldürüb basdıran tələbəyə hökm oxunub.

Axar.az "Teleqraf.com"a istinadla xəbər verir ki, Ruslan Behbudzadə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsinin 2-ci kurs tələbəsi olub. Samux sakini R.Behbudzadə 2014-cü ilin iyununda 1997-ci il təvəllüdlü Gülnarə Mirzəyeva ilə tanış olub.

Gənc cütlüyün 2015-ci ilin martına qədər münasibətləri yaxşı olub. Martda onların münasibətləri korlanmağa başlayıb. Gülnarə Ruslan Quliyev adlı başqa bir oğlanla münasibət qurub, onunla telefonla danışıb. R.Behbudzadə bu məsələni öyrənib.

Danışıq zamanı Gülnarə Ruslanla görüşməkdən imtina edib. O, qətli törətmək üçün Gülnarənin yaşadığı Samuxun Əhmədbəyli kəndindən Gəncəyə gəlməsini gözləyib. O, Gülnarənin repetitor yanına - Gəncənin H.Əliyev prospekti, 81 nömrəli binaya gəldiyini görüb.

O, keçmiş sevgilisinin saat 12 radələrində məşğələdən çıxacağını bilib. Ruslan son dəfə təklikdə danışmaq adı ilə aldadaraq qızı yaşadığı evə gətirib. Amma valideynləri artıq evdə olduğundan Ruslan onu kimsəsiz bir yerə aparmaq qərarına gəlib. O, Gülnarəni etibarnamə ilə idarə etdiyi VAZ 21154 markalı avtomobilə mindirib və əvvəllər birlikdə gəzdikləri Daşkəsənin Xoşbulaq kəndi ərazisinə gətirib.

Ruslan kəndin girişində əl-üzlərini yumaq bəhanəsi ilə maşını saxlayıb. Bulaq başında kimsənin olmadığını görən Ruslan Gülnarəni boğub. Ruslan quyu qazaraq, onu orada basdırıb. Martın 29-da Ruslan polisə könüllü təslim olub. O, qızı Xoşbulaqda basdırdığını deyib.

Tarix
2016.01.27 / 16:18
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla