Yuxarı

Maşın saxlamaq üstə qətlin – Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşın saxlamaq üstə qətlin – Təfərrüatı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Axar.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib.

Məhkəməyə ifadəsində Sərxan Mahmudovu öldürmək istəmədiyini deyən Z.Manafov bıçaqdan müdafiə məqsədilə istifadə etdiyini deyib.

"Qonşum Elçin Qədimov maşını uyğunsuz yerdə saxladığından maşınımı məhəllədən çıxara bilmirdim. Yaxınlaşıb ondan maşını geri çəkməyi istədim. Bu anda Elçinin cavabı sərt oldu. Dedi ki, sən hələ Binəqədiyə gəlməzdən qabaq burda yaşamışam. Maşını harda istəyərəm, orda da saxlayaram".

Bundan sonra Elçinlə aramızda mübahisə yarandı. Elçini sinəsindən vurub itələdim, bu anda Sərxan müdaxilə etdi, məni söydülər. Sərxan kəllə ilə burnuma vurdu, sonra Elçini özünün işlətdiyi gül dükanına apardı, birlikdə çalışıblar. Mən də qorxutmaq məqsədilə maşından bıçaq götürüb dükanın şüşələrini sındırdım".

Onun sözlərinə görə, S.Mahmudov kətillə üstünə gəlib: "Mən kətildən qorunmaq üçün onu bıçaqla vurdum. Sonra hadisə yerindən qaçanda kürəyimdən bıçaq zərbəsinin dəydiyini hiss etdim. Yaralı vəziyyətdə özümü evə çatdırdım. Qalan hadisələr yadımda deyil".

E.Qədimov Z.Manafova arxadan bıçaq zərbəsi vursa da, o, Elçindən şikayətçi olmadığını deyib.

Davanı Elçin başlatdı...

Hakim: - Elçin, istintaq zamanı sənin ayağında bıçaq yarası aşkar edilib, onu sənə kim vurmuşdu?

Elçin: - Özüm.

Hakim: - İlk ifadəndə Zaur Manafovun bıçaqladığını yazmısan.

Elçin: - Onda hirsli idim, ona görə elə yazmışam.

E.Qədimov ifadəsində həmin gün toydan çıxdıqlarını, bir qədər içkili olduqlarını deyib. İddiaya görə, bütün hadisələr içkili olma səbəbiylə yaranıb. Qətlə yetirilən Sərxanın atası isə oğlunun heç vaxt içki içmədiyini, Elçinin yalan danışdığını deyib:

"Oğlum səninlə dost olub, Elçin. O səni qorumaq üçün bu gün torpaq altındadır. Hanı sənin şərəfin?! Sərxan bıçaqlananda hadisə yerində tək köməksiz vəziyyətdə qalıb. Sən niyə onu xəstəxanaya çatdırmamısan?! Niyə onu yaralı vəziyyətdə tək qoyub getmisən?"

O bildirib ki, Zaurla atası birlikdə Sərxana hücum ediblər: "Sərxan idmanla məşğul olurdu, onu Zaur kimi zəif bir oğlan öldürə bilməzdi. Onun 28 yaşı var idi, toy edəcəkdim oğluma…"

Məhkəməyə ifadə verən şahid Elçin Hüseynov isə hadisəni belə xatırlayır:

"Evdəydim, Zaurun yoldaşı zəng etdi ki, onu vurublar. Dayımoğluyla onlara getdim. Zaur qanın içində oturmuşdu. Anası ağlayırdı. Onu götürüb, 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirdim.

Yolda başa düşdüm ki, Zaurla kiminsə arasında münaqişə yaranıb. Yanımda 17-18 yaşlı başqa uşaqlar da var idi. Digər münaqişə olmasın deyə, Zauru xəstəxanaya yerləşdirdikdən sonra onları da götürüb uzaqlaşdım. Zaur maşında ölməsin deyib ağlayırdı. Deyirdi, ölsəm, uşaqlarım bədbəxt olacaq".

Qeyd edək ki, hadisə 2015-ci il avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Hadisə ilə əlaqədar məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

Tarix
2016.01.28 / 13:59
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla