Yuxarı

Zərərçəkənlər deputatlara müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərərçəkənlər deputatlara müraciət etdi

2008-ci il avqustun 1-də həbs edilmiş "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərdən ümumilikdə 38 milyon manata yaxın pul mənimsədiyi sübuta yetirilsə də, həmin məbləğ hələ də zərərçəkmişlərə ödənməyib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı zərərçəkənlər Milli Məclisin deputatlarına müraciət edərək, hüquqlarının bərpa olunması üçün köməklik göstərilməsini xahiş ediblər.

Hazırda Zakir Yusifovun iddiası üzrə mülklərin kimə məxsus olması barədə araşdırma Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesin ixtiyarındadır. Fevralın 1-də növbəti məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, Zal Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 81 nəfərin külli miqdarda pulunu mənimsəsə də, onun atası Zakir Yusifov imkan vermir ki, dəymiş ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlaklar hərraca çıxarılsın və satılsın. Vətəndaşlara ziyan 2008-ci ildə dəysə də, illər keçməsinə baxmayaraq, ziyanın ödənilməsi öz həllini tapmayıb. Zakir Yusifov mülklərin ona məxsus olduğunu bildirərək, oğlunun dələduzluqla ələ keçirdiyi vəsaitin zərərçəkənlərə ödənməsinə qarşı çıxır.

Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, bir neçə millət vəkilinin adından "Texnikabank"ın Bakı filialının sabiq rəhbərinin günahı ucbatından küllü miqdarda maddi ziyana düşən zərərçəkmişlərin hüquqlarının bərpası istiqamətində məhkəməyə məktub ünvanlanacaq.

Tarix
2016.01.28 / 16:10
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla