Yuxarı

Aşpaz Rövşən niyə baltalandı? – Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aşpaz Rövşən niyə baltalandı? – Təfərrüat

Kafedə tanışımla yemək yeyirdik. Bu vaxt aşpaz işləyən Rövşən bizlə kobud davrandı, aramızda mübahisə yarandı, bizi təhqir elədi.

Axar.az xəbər verir ki, bu sözləri Şahin Əsgərov aşpazı baltalaması ilə bağlı Hacıqabul Rayon Polis İdarəsində verdiyi ifadəsində deyib.

Onun sözlərinə görə, hadisəyə səbəb 45 yaşlı aşpazın onu söyməsi olub:

"Onun söyüşündən sonra balta ilə başından vurdum. Amma vuranda ölümcül olmaması hesabıyla vurmuşdum. Vurdum və kafedən çıxıb getdim".

Polisdən Axar.az-a deyilib ki, aşpaz Rövşən Zeynəddin oğlu Nurməmmədov "Çinar" kafesinin daimi işçisi olmayıb. Münaqişə yaranan gün o, kafenin digər işçisini əvəzləyib.

Qeyd edək ki, Ş.Əsgərov 1983-cü il təvəllüdlüdür və üç övladı var. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Tarix
2016.02.02 / 11:50
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla