Yuxarı

Xala tutdu, oğlu bıçaqladı – Təfərrüat/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xala tutdu, oğlu bıçaqladı – Təfərrüat/Video

Xaçmaz sakinin xalası oğlunu bıçaqlamasının təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, Kamran Hacıbalayev xalası oğlu, 19 yaşlı Eldar Təmirov və xalası Pəricahan Təmirova tərəfindən döyülüb.

Bu zaman E.Təmirov K.Hacıbalayevin kürək nayihəsindən bıçaq zərbəsi endirirək hadisə yerindən uzaqlaşıb. Cinayət Kamranın anasının gözü qarşısında olub.

Hadisə Xaçmaz şəhərinin Zeynəddin Babayev küçəsində qeydə alınıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti orta-ağırdır.

Kamranın anası Bəturə Hacıbalayeva Region TV-yə deyib ki, iki xalaoğlu arasında mübahisə düşüb: "Elmar gəldi, bayırda söhbət edirdilər. Dedim ki, ay bala, nə söhbətiniz varsa, gəlin, içəridə danışın. Dedi ki, onunla haqq-hesabımı meşədə eləməliyəm. Əlbəyaxa oldu, uşağımı vurdu.

Sonra da uşağımı sürüyüb apardı meşəyə, öldürməyə. Cibində də bıçaq var idi. Getdim oraya, onları ayırdım, dedim ki, əl çək. Buraya gəlib çatanda bacım oğlumun yaxasından tutdu, oğlu da 3 dəfə bıçaqla vurdu uşağımı. Oğlum buradaca yıxılıb qaldı".

Zərərçəkənin qardaşı Ruslan Hacıbalayev bildirib ki, kiçik bir söhbətə görə qardaşı bıçaqlanıb. Eldar Təmirov və Pəricahan Təmirova istintaqa təhvil verilib.

Tarix
2016.02.02 / 17:09
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla