Yuxarı

Deputat xanım sürücüdən nəyi xahiş edib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xanım sürücüyə hücum edən 99 XZ 357 dövlət nömrə nişanlı "Rənc Rover" sürücüsü barədə məhkəmə qərar verib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 9 dekabr 2023-cü ıl tarixdə, saat 16.20 radələrındə Yasamal rayonunun ərazisində baş verib.

Belə ki, İ.Abbasova adlı xanım sürücü avtomobilini park etmək istəyərkən "Rənc Rover" sürücüsü Z.Paşayev tərəfindən hücuma məruz qaldığını iddia edib. O deyib ki, parkinq zamanı "Rənc Rover" sürücüsü avtomobildən düşərək onun maşınına yaxınlaşıb. Z.Paşayev avtomobilin şüşəsini əsəbi halda döyəcləyərək, onu küçə söyüşləri ilə təhqir edib.

İ.Abbasova ona hücum edən sürücü barəsində Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.

Məhkəmədə bildirilib ki, İ.Abbasovadan Milli Məclisin deputatı Ülvi müəllimin (Quliyev) adından şikayətini geri götürməsi, onun barəsində heç bir tədbir görülməməsi barədə xahiş edilib.

Lakin hücuma məruz qalan xanım Z.Paşayev ondan üzür istəmədiyi üçün şikayət etməkdə qərarlı olduğunu bildirib və onun barəsində tərtib olunan protokoldan da narazı qaldığını deyib:

"Protokol ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilib. Onun törətdiyi əməl təsvir edilməyib, protokolun təsviri hissəsində bir cümlə ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması əks olunmayıb. Ona görə də sözügedən protokol ləğv edilib, təqsirləndirilən şəxsə cinayət işi açılmalıdır".

Z.Paşayev bildirib ki, barəsində şikayət edən xanım sürücü yolun kənarında avtomobilini düzgün park etmədiyindən təhlükə yaradıb və bu zaman ona yaxınlaşaraq öz iradlarını bildirib. Eyni zamanda qeyd edib ki, İ.Abbasovanı təhqir etməyib və söyüş söyməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən araşdırılması üçün Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə göndərilib.

Deputat Ülvi Quliyevin köməkçisi Nurlan Qurbanov isə deputatın heç kimdən bu hadisə ilə bağlı xahiş etmədiyini bildirib.

Tarix
2023.12.29 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla