Yuxarı

Elsin Heydərov öz maşınında güllələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elsin Heydərov öz maşınında güllələndi

Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunun Yam-İjora qəsəbəsində əvvəllər məhkum edilmiş azərbaycanlı güllələnib.

Report xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə fevralın 3-ü Rusiya vaxtı ilə 23:15-də Leninqradski küçəsi, 10-da qeydə alınıb. 42 yaşlı Elsin Heydərov Qafqaz mətbəxi kafesinin yanında saxladığı "Mercedes-Benz Gelandewagen" markalı avtomobilinin salonunda olub. Müəyyən məqamda sözügedən ünvana "Chevrolet Lacetti" markalı avtomobil gəlib və nəqliyyat vasitəsinin sərnişinləri dərhal "Mercedes"ə atəş açmağa başlayıblar. Atəşi dayandırdıqdan sonra isə canilər hadisə yerindən qaçıblar. Açılan atəş nəticəsində Elsin Heydərov 6 güllə yarası alıb və dünyasını dəyişib.

Bir müddətdən sonra müəyyən edilib ki, mərhumun məhkumluğu olub. Həmçinin məlum olub ki, Heydərov Ön Qafqaz regionlarından meyvə-tərəvəz tədarükü ilə məşğul olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb.

Tarix
2016.02.04 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla