Yuxarı

Günün bəxtsiz oğruları – Həbslər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günün bəxtsiz oğruları – Həbslər

Oğurluğa cəhd göstərən Sumqayıt sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, fevralın 6-da, saat 09 radələrində Binəqədi rayonu ərazisində yaşayan Elnurə Novruzovanın mənzilindən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Hadisə yerinə gələn Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Əfsanə Muxtarova saxlanılıb.

Araşdırma aparılır.

Digər bir oğurluğa cəhd hadisəsi isə Göradil qəsəbəsində qeydə alınıb.

Masallı rayon sakini Qubad İbadov və paytaxt sakini, əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov fevralın 6-da, saat 02 radələrində Göradil qəsəbəsində yaşayan Bakı şəhər sakini Elmira Ağayevaya məxsus bağ evində oğurluq etməyə cəhd göstəriblər.

Abşeron Rayon Mühafizə İdarəsi və PPXB-nin əməkdaşları tərəfindən cinayətin qarşısı alınıb.

Tarix
2016.02.08 / 15:28
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla