Yuxarı

Adlarımızın yazılışı belə olacaq - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adlarımızın yazılışı belə olacaq - Rəsmi

Azərbaycanda ilk dəfə olaraq, dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, "Azərbaycan dilində səxs adlarının izahlı lüğəti" adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib.

S.Sadıqova deyib ki, bəzi adların yazılışı ilə deyilişi arasında müəyyən fərqlər yaranır.

Orfoqrafiya prinsiplərinə əməl olunmaması baxımından bəzi adların yanlış yazıldığını deyən S.Sadıqova qeyd edib ki, şəxs adlarının yazılışı ümumi orfoqrafiya qaydaları ilə bağlı olsa da, şəxs adlarının sırf özünəməxsus yazılış qaydaları da mövcuddur.

O, əlavə edib ki, Füzuli adı "F(i)zuli" kimi tələffüz edilsə də, Füzuli, Bəs(d)i kimi tələffüz olunan ad isə Bəsti kimi yazılmalıdır. İki sadə şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılmalıdır: "Məsələn, Məmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, İbrahimxəlil, Əbdüllətif, Məlikməmməd və s. Mürəkkəb şəxs adlarından iki sait qoşalaşdıqda birinci sözün son saiti yazılmır. Məsələn, Əli+Əsgər /Ələsgər/, Mirzə+Əli /Mirzəli/, Əli+Abbas /Əlabbas/, Əli+İsa /Əlisa/ və s.. Qoşa samitli adlarda isə hər iki qoşa samit yazılır: Nurəddin, Seyfəddin, Camaləddin, Şəmsəddin, Feyzulla, Seyfulla, Nəsrulla, Nəsibulla, Qeybulla, Beydulla, Elməddin".

S.Sadıqova bildirib ki, tərkibində "ağa", "xan", "bəy", "mirzə", "hacı", "seyid", "soltan", "xanım" sözləri olan mürəkkəb şəxs adları bitişik yazılır. Komissiyanın sədr müavini belə adlara misal kimi Ağaverdi, Əlimirzə, Xanbaba, Mehdixan, Əlibəy, Mirzəli, Hacıbala, Soltansəlim, Kiçikxanım, Seyidəhməd və s. göstərib.

O, kitaba gülüş doğuran adların daxil edilmədiyini də söyləyib: "Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər. Gülüş doğuran belə adlar kitaba daxil edilməyib. Dilimizə uyğun olmadığı üçün Maqomed adı da adların siyahısından çıxarılıb. Bu ad yalnız Məmməd və Məhəmməd adı kimi verilib".

Tarix
2016.02.09 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla