Yuxarı

“Azəryolservis” Zirədə təmirə başladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəryolservis” Zirədə təmirə başladı - Video

Azəryolservis ASC tərəfindən Xəzər rayonu Zirə qəsəbəsində təmir-tikinti işləri aparılır.

ASC-dən Axar.az-a verilən məlumata görə, təmir-tikinti işləri qəsəbənin uzunluğu 1,8 km, ortalama eni 8 metr olan Ağamalıoğlu, uzunluğu 0,8 km, ortalama eni 11 metr olan Sərdarov və uzunluğu 1,1 km, ortalama eni isə 8 metr olan Əbdülhəsən Babayev küçələrində həyata keçirilir.

Küçələrin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə təqribən 38850 m2 sahəyə bir (6sm) və iki qat (11 sm) olmaqla yeni asfalt beton örtüyünün döşənməsi işlərinin aparılması planlaşdırılır. Bundan başqa bəzi ərazilərdə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, təqribən 4 min m2 sahədə yeni yol əsası tikilib.

"Azəryolservis" sözügedən küçələrin təmir işləri zamanı onlarla işsiz qəsəbə sakinini müvafiq işlə təmin edib.

Azəryolservis ASC küçələrin təmiri zamanı yaranan müvəqqəti natrahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Tarix
2016.02.10 / 10:27
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla