Yuxarı

Roza Abbasovaya 9 il iş verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roza Abbasovaya 9 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1969 təvəlüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Roza Abbasova Sədərək Ticarət mərkəzində işləyib. O, onunla birlikdə çalışan vətəndaşların etibarından sui-istifadə edərək 143 min manat alıb. Türkiyəyə gedərək onlara mal vuracağını söz verən qadın sözünün üstündə durmayıb.

Araşdırma zamanı məlum olub ki, qadın silsilə dələduzluqla məşğul olub. Cinayət işində 15 nəfərə yaxın zərərçəkən var. O, bir çox şəxsə ticarətə şərik olmaq adı ilə dələduzluq edib.

Roza Abbasova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Tarix
2016.02.11 / 15:30
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla