Yuxarı

“Xəyanətindən şübhələndim, öldürdüm…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xəyanətindən şübhələndim, öldürdüm…”

Başqası ilə münasibətindən şübhələnirdim, öldürdüm.

Axar.az xəbər verir ki, bunu paytaxtın Binəqədi rayonunda sevgilisini öldürən Fəhmin Qədimov ifadəsində deyib.

Hüquq-mühafizə orqanlarından "Teleqraf.com"a verilən xəbərə görə, Sədaqət Əsgərovanı boğaraq qətlə yetirən qeyri-rəsmi yaşadığı şəxs qısqanclıq zəminində bu addımı atıb.

F.Qədimov bildirib ki, hadisə baş verən mənzili bir müddət əvvəl kirayə götürüb. Onun sözlərinə görə, həmin ünvanda S.Əsgərova ilə qeyri-rəsmi nikahda yaşayıblar. F.Qədimovun sözlərinə görə, hadisə baş verən vaxtı S.Əsgərova ilə mübahisə edib və elektrik naqili ilə qadını boğaraq öldürüb.

Qatil söyləyib ki, onların son günlər münasibətləri soyuyubmuş. Fəhmin Sədaqətin başqası ilə görüşməsindən şübhələnibmiş.

Hadisə rayonun 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2016.02.11 / 16:02
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla