Yuxarı

Polis-şikayətçi anlaşılmazlığı – Nazirə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis-şikayətçi anlaşılmazlığı – Nazirə müraciət

Ötən il oktyabrın 14-də Biləsuvarın Səmədabad kəndində baş verən oğurluq araşdırılmır.

Kənd sakini Əliyar Soltanov Axar.az-a bildirib ki, onun altı baş iribuynuzlu heyvanı oğurlanıb. Ə.Soltanov oktyabrın 27-də Daxili İşlər Nazirliyinə teleqram vurduğunu söyləyib. Həmçinin, Baş prokuror Zakir Qaralova müraciət edib.

Onun sözlərinə görə, Biləsuvar Rayon Polis Şöbəsi işə laqeyd yanaşır:

"Mən kasıb kənd sakiniyəm. Mal-heyvan saxlamaqla, əkin-biçinlə günümü keçirib, ailəmi dolandırıram. İnəklərimin oğurlanmasıyla azı 6 min manat ziyana düşmüşəm. Səmədabad polis bölməsi isə işi araşdırmır. Beş aydır ki, 6 baş inəyi tapmırlar".

Ə.Soltanov Daxili İşlər naziri Ramil Usubova müraciət edib:

"Cənab nazirdən xahişim odur ki, faktın araşdırılması və oğrunun tapılması üçün müvafiq tapşırıq versin. Mənim nazirdən başqa ümid yerim yoxdur".

Səmədabad Polis Bölməsinin rəisi Əjdər Hacıyev isə Axar.az-a bildirib ki, sözügedən oğurluqla bağlı polis bölməsinə müraciət daxil olmayıb.

Tarix
2016.02.11 / 17:13
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla