Yuxarı

SSRİ-ni vahiməyə salan bakılı oğru - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-ni vahiməyə salan bakılı oğru - Video

"Qara volqa". Bu, Bakıda ötən əsrin 50-ci illərində film kimi cinayətlər törədən dəstənin adıdır.

Qətl, qarət və oğurluq əməllərini böyük peşəkarlıqla həyata keçirən "Qara volqa" cinayətkar qrupu bütün SSRİ miqyasına səs salmışdı. Uzun müddət onların cinayət və soyğunlarının üstü açılmamış, müəmma olaraq qalmışdı. Onlar soyğunlarını həyata keçirərkən yalnız varlıları hədəf seçmiş, bu yolda qarşılarına çıxan milisləri qətlə yetirməkdən də çəkinməmişdilər. Əldə edilən qənimətin əsas hissəsini isə inanılmaz sahəyə yönəltmişdilər. Sonradan məhz elə bu, onların ölüm cəzasından xilas olmasına səbəb olmuşdu. Cinayətkar qrup ələ keçəndə qrupa rəhbərlik edən "Pəncəli Aslan" ləqəbli bakılının Laləzar Mustafayeva adlı qadın olması da hər kəsi şoka salmışdı.

Cinayətkar qrup barəsində yazıçı Cəmşid Əmirov "Qara volqa" detektiv əsərini yazıb. Məşhur "Avtomobilləri qoruyun" filmində isə bu qrupun əməllərindən bəhrələnmə açıq-aydın görünür.

Bütün ölkənin hüquq mühafizə orqanlarını ayağa qaldıran cinayətkar qrup haqda "Speys" TV-nin hazırladığı süjeti təqdim edirik:

Tarix
2016.02.13 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla