Yuxarı

Bakıda oteldə yanğın: Ana və övladı xilas edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda oteldə yanğın: Ana və övladı xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4 500 kv.m olan beşmərtəbəli otelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 p.m. elektrik kabeli yanıb.

Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Otel binası yanğından mühafizə olunub.

Tarix
2024.02.13 / 09:14
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13-ün dördüncü günü: Nələr müzakirə olundu?

Bolqarıstan prezidenti Sumqayıtda

Türkiyədə Azərbaycana qarşı yeni kampaniya - Kimlər var?

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Köçərlinin vəsatəti təmin edildi: Silinən görüntülər...

Bakı Şəhərsalma Mükafatı təsis edildi

Sahibə Qafarova Rusiyaya getdi

Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi

Azərbaycanda cəmi 3 qadının bacardığı riskli peşə...

Bakının həbs etdiyi silah baronu “mələyə” çevrilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla