Yuxarı

Tibb bacısını amansızlıqla öldürən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tibb bacısını amansızlıqla öldürən şəxs tutuldu

21:09

Ağcabədidə tənha qadını öldürən şəxs yaxalanıb.

APA-nın məlumatına görə, Kamilə Əhmədovanı tanışı olan kişi öldürüb. Bildirilir ki, qatilin K. Əhmədovaya xeyli miqdarda borcu varmış.

Ağcabədi Rayon Prokurorluğudan şübhəli şəxs qismində saxlanılanın olduğunu təsdiqləsələr də, onun kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 11-də Ağcabədi şəhər Ü. Hacıbəyov ev 13 ünvanında yaşayan, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsində tibb bacısı işləyən, 1956-cı il təvəllüdlü K. Əhmədovanın meyiti evində qonşuları tərəfindən aşkarlanıb. K. Əhmədovanın qatili onu ütü ilə başına vuraraq öldürüb.

Mərhumun qızı və oğlu Bakı şəhərində yaşadığı üçün o, evində tənha yaşayırmış. Bir müddət əvvəl isə mərhum evinin bir otağını ali məktəbdə təhsil alan qızlara kirayəyə verib. Hadisə baş verən gecə tələbə qızlar qış tətili ilə əlaqədar evlərinə gediblər.

***

Ağcabədi rayonunda 60 yaşlı Kamilə Əhmədovanı öldürənlərin kimliyi məlum olub.

Ağcabədi Rayon Prokurorluğunun əməkdaşı Rauf Məmmədov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Mənsimov Cəlal Məhəmmədəli oğlu və İsayev Samir Famil oğlu törətdikləri cinayəti etiraf ediblər.

Saxlanılan şəxslər 60 yaşlı Kamilə Əhmədovaya pul borclu olduqları üçün onu öldürdüklərini deyiblər.

Tarix
2016.02.14 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla