Yuxarı

Komitə atası tərəfindən döyülən azyaşlıya baş çəkdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə atası tərəfindən döyülən azyaşlıya baş çəkdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.

Bu barədə Axar.az-a komitədən məlumat verilib.

Qeyd edilib ki, görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, dövlət komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqu iştirak edib.

Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixoloji və sosial dəstək göstərilib.

Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.

Tarix
2024.02.20 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla