Yuxarı

“Nikosayağı” özünü onsuz da cəzalandırıb, 5 il az deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nikosayağı” özünü onsuz da cəzalandırıb, 5 il az deyil

Məntəqə tipli cəzacəkmə müəssiəsi şərti deyil. Orda saxlanılırlar. Sadəcə, şəraiti nisbətən yüngüldür.

Bu sözləri Axar.az-a tanınmış vəkil Əkrəm Həsənov “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirliyə oxunan hökmü şərh edərkən deyib.

“Bəziləri hesab edir ki, bloger azadlıqda gəzəcək, məntəqə tipli cəzacəkmə müəssiəsi şərti cəza kimi qəbul edilir. Lakin bu, əslində belə deyil. Hər halda bu, azadlıqdan məhrumetmədir. Şərti cəza alıb, evində oturmayacaq. Sadəcə, orada şərait yaxşıdır. Müəyyən icazələrlə bir həftəlik buraxıla bilir və s. Bu tip müəsissələrdə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə şəxslər saxlanılır. Onların azadlıqdan məhrum edilməsi beş ildən çox deyil. Buna da beş il hökm çıxarılıb və ona görə də ora göndərilib”, - vəkil bildirib.

Vəkil Nicat Şakirliyə çıxarılan hökmün suallar yaratmasına da münasibət bildirib:

“İşin təfərrüatını bilmədən verilən hökmün ədalətli və ya ədalətsiz olduğunu demək çətindir. Prinsipcə, o, cəzasını nisbətən alıb, qolu da kəsilib. Cəza təyin edəndə hər şeyə baxmaq lazımdır. Bu insan əslində öz-özünü cəzalandırıb. Hesab etmirəm ki, bu, yüngül cəzadır”.

Tarix
2024.03.07 / 13:32
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla