Yuxarı

Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacəttəpə Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

Axar.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin türk dünyasının zərb-məsəlinə çevrilmiş “Bir millət, iki dövlət” kəlamını “Türk Dünyası Ortak İletişim Dili Uğrunda – Azerbaycan Dilinin Yazım Kılavuzu” (“Türk dünyası ortaq ünsiyyət dili uğrunda – Azərbaycan dilinin orfoqrafiya lüğəti”) adı ilə reallaşdıran kitab ortaq türk dili vəsaiti kimi Türkiyə universitetlərinin “Türk ləhcələri və ədəbiyyatları”, “Türk dili və ədəbiyyatı”, “Dilçilik”, “Tərcüməçilik”, “Pedaqoji”, “Jurnalistika” fakültələrinin tələbə və müəllim heyəti ilə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.

Türkiyənin zəngin ənənəli “Erkmen” nəşriyyatında nəşr olunmuş lüğətin tərtib müəllifi – Azərbaycanın Xalq yazıçısı Afaq Məsud, ön sözünün müəllifi – Türkiyənin görkəmli dilçi-alimi, uzun illər Türk Dil Qurumuna sədrlik etmiş, Hacəttəpə Universitetinin Tətbiqi Lüğətçilik Elmi-Tədqiqat Mərkəzinin qurucusu və rəhbəri olmuş professor Şükrü Haluk Akalındır.

Tarix
2024.03.25 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

Rusiya hücumu zəiflədi - Ukrayna güclənir?

Trampa hücum: niyə zaldan ilk olaraq Vens çıxarıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla