Yuxarı

Magistr imtahanının I mərhələsi başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistr imtahanının I mərhələsi başa çatdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.

Axar.az TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılan imtahan saat 13.00-da başlanıb və saat 15.30-da başa çatıb.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunub. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Tarix
2016.03.06 / 16:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

Qırğızıstanın baş naziri Bakıya gəldi

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla