Yuxarı

Şahin İsmayılov yenidən sədr seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin İsmayılov yenidən sədr seçildi

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) III hesabat qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda ittifaqın fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olunub, Nəzarət-Təftiş Komissiyasının hesabatı təqdim edilib.

ATGTİ-nin sabiq sədri Şahin İsmayılov hesabat xarakterli çıxış edib.

Gənclər və İdman naziri Azad Rəhimov çıxışında Azərbaycanda gənclər siyasətinə ölkə rəhbərliyi tərəfindən dəstək verildiyini diqqətə çatdırıb:

"ATGTİ ölkənin gənclər sektorunda xüsusi çəkiyə malikdir. Ötən dövr ərzində ittifaq qabaqcıl ideyalar və dəyərlər gətirən, orijinal təşəbbüslərlə çıxış edən və daim yeniləşən vahid qüvvəyə çevrilib. Bu ittifaq tələbə gənclər təşkilatlarını birləşdirərək, onların bilik və bacarıqlarını, ideyalarını reallaşdırmağa böyük köməklik göstərir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, ittifaqın yaradılmasında məqsəd pərakəndə şəkildə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və stimullaşdırmaq olub. Onun sözlərinə görə, hesabat dövründə 350 layihə, minlərlə gənci əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib:

"Bu gün Azərbaycanda 300 dən çox qeydiyyatdan keçmiş gənclər təşkilatları mövcuddur. 35 min üzvü olan ATGTİ, üzvlərinin sayına görə gənclər sektorunda ən böyük təşkilatdır".

Səsvermə ilə ATGTİ-nin İdarə Heyətinin üzvləri seçilib. İttifaqın 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.

Sonda səsvermə nəticəsində Şahin İsmaylov yenidən ittifaqın sədri seçilib.

Tarix
2016.03.09 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla