Yuxarı

Kapital Bankın inkassatoru qəzaya düşdü – kassir öldü/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bankın inkassatoru qəzaya düşdü – kassir öldü/Yeniləndi

12:03

Bu dəqiqələrdə Bakı–Qazax yolunun 40-cı kilometrində, Səngəçal terminalı yaxınlığında bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Şahidlərin "Axar.az"a verdiyi məlumata görə, yol qəza hadisəsi nəticəsində Kapital Bankın valyuta daşıyan inkassatoru qəzaya uğrayıb, ilkin məlumata görə, sürücüsü hadisə yerində keçinib.

Baş Dövlət Yol Polisindən hadisəni təsdiqləyərək bildirdilər ki, qəza yeni baş verdiyindən, xırdalıqlar haqqında hələlik məlumat verə bilmirlər.

13:46

"Kapital Bank" ASC bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində Bankın inkassator maşınının qəzaya uğraması xəbəri ilə bağlı rəsmi açıqlama yayıb.

Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza zamanı həlak olan şəxs kassir, yaralananlardan biri inkassator, digəri isə sürücü-inkassatordur. Yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bankın açıqlamasında bildirilir ki, Biləsuvar rayonuna gedərkən qəzaya uğramış maşındakı vəsaitlərin mühafizəsi üçün əraziyə dərhal başqa inkassator maşını göndərilib və təhlükəsizlik tədbirləri tam təmin olunub.

Tarix
2014.02.10 / 12:03
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla