Yuxarı

Respublika Elmi Konfransı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Respublika Elmi Konfransı başladı

Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli iqtisadçı alim Şamil Səmədzadənin 80 illiyinə həsr olunmuş "Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi" mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Universitetdən Axar.az-a verilən məlumata görə, konfransı giriş nitqi ilə açan AzTU-nun rektoru, professor Havar Məmmədov alimin elmi-pedaqoji fəaliyyətindən, iqtisadiyyat elminə verdiyi töhfələrdən danışıb.

Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, professor Akif Musayevin "Azərbaycanda iqtisadiyyatın riyazi və instrumental üsullarının inkişaf mərhələləri", AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun "Respublikada innovasiya probleminin tədqiqində professor Şamil Səmədzadənin rolu", Azərbaycan İqtisadçılar İttifaqı sədrinin müavini, iqtisad elmləri namizədi, dosent Elşad Səmədzadənin "Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatıdır" mövzularında məruzələri dinlənilib.

Tədbirdə Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Milli Məclisin üzvü, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev və başqaları Şamil Səmədzadənin elmi yaradıcılığı və fəaliyyəti barədə danışıblar.

Respublika Elmi Konfransı 4 bölmə üzrə öz işini davam etdirir.

Tarix
2016.03.11 / 12:23
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla