Yuxarı

Jurnalist İstanbul Forumundan nə danışdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalist İstanbul Forumundan nə danışdı?

Azərbaycanlı gənclərin son İstanbul Forumundan sonra məndə gəncliyimizə böyük güvən, inam yarandı.

Axar.az xəbər verir ki, bu sözləri Parlament Jurnalistlərinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı İstanbulda keçirilən Xaricdən Milli Baxış Forumu barədə məlumat verərkən deyib.

Jurnalistin sözlərinə görə, Forum indiyədək azərbaycanlı gənclərin toplaşdığı əhəmiyyətli bir toplantı kimi yadda qalıb:

"Öncə belə bir Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. İRƏLİ təşkilatı xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları ilə bağlı yeni bir işə imza atdı. Türkiyədə azərbaycanlı gənclərin birləşdiyi İNDEX-in üzvlərinin də bu işdə böyük əməyi keçdi. Hesab edirəm ki, bu Forum indiyədək azərbaycanlı gənclərin toplaşdığı və ən əhəmiyyətli bir toplantı idi. Bu, yalnız mənim fikrim deyil. Foruma toplaşan gənclərin hər biri bu təəssüratla geri döndülər. Demək olar ki, 3 gün ərzində gənclərimiz dayanmadan işlədilər. Ciddi müzakirələr, ayrı-ayrı ölkələrdə azərbaycanlı gənclərin fəaliyyətlərinin dəyərləndirilməsi və s.

Diqqəti çəkən mühüm məsələlərdən biri də o idi ki, Forum bundan əvvəlki buna oxşar toplantıları müzakirəyə çıxarmadı. Daha çox qarşıda duran işlər, hədəflər müzakirə olundu. Hər bir məsələ geniş şəkildə müzakirə olundu. Müzakirə olunan hər hansı məsələ açıq qalmadı. Gənclərimiz biri-birlərinə necə dəstək verəcəklərini də müzakirə etdi. Bilrisiniz, bəzən mediada, yaxud sosial şəbəklərdə müasir Azərbaycan gəncliyi ilə bağlı yerli-yersiz müzakirələrin şahidi oluruq.

Ancaq azərbaycanlı gənclərin son İstanbul Forumundan sonra məndə gəncliyimizə böyük güvən, inam yarandı. Birmənalı şəkildə demək olar ki, bu gün bizim fəxr ediləsi gəncliyimiz var. Bu gənclik üzləşdiyi mərhumiyytələrə baxmayaraq, gördüyü işdən zövq alır, Azərbaycan üçün yorulmadan çalışır. Bu gənclik ağıllı, ölkəsini, dövlətini, millətini, Qarabağı düşünən gənclikdir. Forumda fasilələr zamanı mən 19 ölkədən olan gənclərimizlə fərdi şəkildə söhbətlər apardım. Onlarla qürur duydum".

Turkustan.info-nun suallarını cavablandıran E.Eyvazlı Forumun ikinci günündə müəllifi olduğu Xocalı soyqırımından bəhs edən "Böyüməyən uşaqlar" kitabı və bu kitab əsasında hazırlanan eyni adlı filminin təqdimatı olduğunu deyib:

"Kitabın və filmin iştirakçılar tərəfindən necə qarşılanması barədə fikir səsləndirməyim doğru olmaz. Yalnız onu deyə bilərəm ki, gənclərimizin şəxsi təşəbbüsü ilə bu kitab və film onların yaşadıqları ölkələrin hər birində təqdim olunacaq. Kitab və filmin təqdimatından sonra Gənclər, Qarabağ və Media panelini mən apardım. Çox geniş müzakirə oldu. Təsəvvür edin ki, gündüz saat dörddən başlayan müzakirələr dayanmadan saat səkkizə qədər davam etdi. İnzibatçıların müdaxiləsi olmasaydı hesab edirəm ki, daha 4 saat davam edəcəkdi.

Bu, gənclərimizin Qarabağ məsələsinə münasibəti idi. Mən bir daha şahidi oldum ki, Azərbaycan gəncliyi öz vətənini orta və yaşlı nəsildən daha çox sevir, Vətənə daha çox bağlıdır. Ən sevindirici hal odur ki, gənclər öz yaşadıqları ölkələrin ictimai fikrini yaxından bilir və Azərbaycanla bağlı fəaliyyətlərini buna uyğun şəkildə qururlar. O gənclər içərisində ermənilərlə qarşıdurmada polisin Azərbaycan bayrağını yığışdırmasına etiraz olaraq bütün həyatlarını təhlükəyə atanlar da var idi. Hətta onları buna görə həbslər, böyük məbləğdə cərimələr və təsil aldıqları universitetlərdən xarix edilmək təhlükəsi də gözləyir. Mən bu məlumatı təsadüfən eşitdim və həmin gənclə xeyli söhbət etdim. O, məndən bu məsələnin kimsəni bilməməsini xahiş etdi, ictimailəşdirmənin əleyhinə olduğunu bildirdi. Əlavə olaraq dedi ki, bu, xaricdə olan hər bir azərbaycanlı gəncin can borcudur".

Xatırladaq ki, Xaricdən Milli Baxış Forumu İRƏLİ təşkilatı tərəfindən keçirilib və 19 ölkədə fəaliyyət göstərən 20 azərbaycanlı gənclər təşkilatı təmsil olunub.

Tarix
2016.03.11 / 15:22
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla