Yuxarı

MTRŞ rəsmisi: “Orda görsəm, məni infarkt vuracaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ rəsmisi: “Orda görsəm, məni infarkt vuracaq”

Telekanalların şou verilişlərindən "öncəgörənlər"in, "bioenergetiklər"in, "caduçıxaranlar"ın ayaqlarını birtəhər kəsmişdik. Amma indi baxıram ki, onlar bəzi televizyalarımızın daha ciddi proqramlarına, xəbər buraxılışlarına ayaq açmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə MTRŞ-in Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında yazıb.

O, öncəgörənlərin xəbər verilişlərində təbliğ olunmasını tənqid edib:

"Xəbərçi"də 11 mart tarixində, saat təxminən 21.20 radələrində ciddi-ciddi təqdim olunan belə bir xəbər diqqətimi çəkdi: "Moskvada fəlsəfə elmləri doktoru, akademik, fenomen Nuridə Qurbanovanın Rusiya mətbuat nümayəndələri və dövlət rəsmiləri (!) ilə görüşü baş tutub". Ardınca da həmin fenomenin özündən sitat gətirildi: "Mənə 10 il bundan qabaq "Azərbaycanın Vanqası" adı verilib. Bolqarıstanda mənim istedadımı araşdıran ekspertlərlə görüşdüm. Mən dəfələrlə Vanqanın ruhu ilə söhbət etmişəm. Bizim onunla əlaqəmiz var". Bu fenomenin kimliyi ilə bağlı internetdə yüngülvari bir axtarış verdim, aşağıdakı məlumat çıxdı: "Nuridə Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb".

Bu məlumatla onun fenomenliyi ilə bağlı hər şey mənə aydın oldu. Amma o aydın olmadı ki, belə birisi ilə bağlı "xəbər"in "Xəbərçi" kimi ciddi bir proqramda nə işi var axı, ay qardaş? Həmin fenomen bir müddət əvvəl "İç xəbər"ə də çıxmışdı. Onu "Nəzər nöqtəsi"ndə də görsəm, bu səfər infarkt məni vuracaq".

Tarix
2016.03.14 / 14:52
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla