Yuxarı

KİVDF jurnalistləri mükafatlandırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
KİVDF jurnalistləri mükafatlandırdı - Foto

Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün Novruz bayramı münasibətilə tədbir keçirib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun ötən il gördüyü işlər, həyata keçirdiyi layihələr və elan etdiyi fərdi jurnalist müsabiqələri barədə məlumat verib.

V. Səfərli mətbuata dövlət qayğısından da söz açıb.

"Dünən Fondun Novruz bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsində ikinci və üçüncü yer tutan qaliblər mükafatlandırılıb. Bu ilin yanvar ayının 28-dən elan edilən müsabiqə mart ayının 4-də başa çatıb. Müsabiqə 15 istiqamət üzrə keçirilib. Müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqədə15 nəfər birinci, 30 nəfər ikinci, 45 nəfər isə üçüncü yerə layiq görülüb. Bu gün biz həm Novruz şənliyinə həmçinin bu müsabiqədə birinci yer tutan qaliblərin mükafatlandırılması mərasiminə yığışmışıq. Həm qalibləri, həm də xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, uğurlar arzulayıram".

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir bədii hissə ilə davam edib.

Tarix
2016.03.17 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla