Yuxarı

399 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 399 yeni, tam təmirli mənzil təqdim edir.

Axar.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.

"O cümlədən, Fondun təklif ediyi yaşayış sahələrinin siyahısına Abşeron rayonunun Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi ünvanında yerləşən kompleksdə 147 yeni mənzil əlavə edilib. Mənzillər 1 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 520 manatdan başlayır.

Daha 252 mənzil isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 28 iyun 2024-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, Abşeron rayonunun Məmmədli kəndində yaşayış sahələrinin vətəndaşların seçiminə verilməsi ilə satmaq öhdəliyi ilə kirayə mənzil fonduna daxil olan ünvanların sayı 14-ə çatdırılıb. Onlardan 6 yaşayış kompleksi Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 2 yaşayış kompleksi isə Sumqayıt şəhərində yerləşir.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4700-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür", - məlumatda deyilir.

Tarix
2024.06.20 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla