Yuxarı

Şairin qızı İTV-yə qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şairin qızı İTV-yə qaytarıldı

Mənim İctimai TV məsələmdə anlaşılmazlıq yaranmışdı. Hazırda İTV-də fəaliyyətimi davam etdirirəm.

Bu sözləri tanınmış şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dən işdən çıxarılması və bunun AzTV rəhbərliyinin qərarıyla olması haqda yayılan xəbərlə bağlı Axar.az-a danışarkən deyib. O, sözügedən iddiaların əsassız olduğunu bildirib:

"Bu məsələnin AzTV sədri Arif Alışanova heç bir aidiyyəti yoxdur. Mən onu çoxdan tanıyıram. Atam şair Məmməd İsmayıl Arif müəllimə yaxşı münasibət bəsləyir və A.Alışanov atasına görə övladını işdən çıxaran şəxslərdən deyil. Mən özüm də atama görə cavabdeh deyiləm.

Anam əməliyyat olunarkən saytdan atama Qulu Məhərrəmlinin adından zəng olub və sual verilib. Atam da stressdə olduğundan nə cavab verəcəyini bilməyib".

Qeyd edək ki, bir müddət əvvəl şair Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dən çıxarılmışdı. Məlumata görə, o, atası Məmməd İsmayılın AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq "mühasibdən televiziya rəhbəri olmaz" deməsinə görə işdən azad olunmuşdu.

Tarix
2016.03.29 / 16:48
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla