Yuxarı

Taksi qadağaları işə yaramadı: Ucuzlaşma olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, taksi xidməti yenidən ucuzlaşıb. Üstəlik, köhnə maşınlarla da taksi xidməti göstərilir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bunun qarşısını alacaqlarını bildirib. Amma fakt budur, qadağalar, yeni qanunlar o qədər də işə yaramayıb.

Görəsən, bundan sonra taksi xidməti yenidən hər kəsin cibinə uyğun olaraq ucuz qiymətə olacaq?

Ümumiyyətlə, ucuzlaşma nə ilə bağlı ola bilər? Taksi təsərrüfatında baş verənlər nələr vəd edir?

Axar.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib ki, nəqliyyat vasitələrinin parametrlərinin ölçülməsi, nəqliyyatın ona uyğun istismar edilməsi bir müddət ərzində ola bilər. Onun fikrincə, hər hansı istismar müddəti 10 ildən aşağı olan nəqliyyat vasitəsini köhnə adlandırmaq olmaz:

“Həmin avtomobillərin texniki göstəriciləri xidmətə uyğundursa, kondisioneri varsa və şərtlərə uyğun gələrsə, niyə çalışmasınlar?! Qanunların müəyyən dərəcədə sərtləşdirilməsi, tələb və təklifi qarşılaya bilməmək kimi məsələlər var ki, onlar əsas meyarlardır. Yəni bu məsələlərin başlıca səbəbi qiymətlərin formalaşması, parametr və gələcəkdə buna uyğun olan işlərin görülməsi nəticə etibarilə dediyimiz məsələyə gəlib çıxır. Ona görə də, burada nədənsə narahat olmaq və ya nəyisə daha çox hallandırmaq, insanların narahatlığına səbəb olar kimi göstərmək düzgün olmaz”.

Ekspert deyib ki, əslində, qərar qüvvəyə mindiyi ilk günlərdən bəri bu kimi məsələlər nəzərə alınmalı idi:

“İndiyə qədər “taksi yoxdur, taksi tapa bilmirik” tipli fikirlər çox rast gəlinirdi. Düzdür, hazırkı prosesə uyğun olan 40 mindən artıq taksi çalışırdı. Bəs tələbat necədir? Bakının əhalisi rəsmi olaraq iki milyondan çoxdur. 40 min isə əhalinin az bir faizi deməkdir. Onlar heç qeydiyyatda olan insanların da taksi ehtiyaclarını ödəyə bilmir. Ona görə də, düşünürəm, insanların rifahı, rahat gediş-gəlişi üçün vətəndaşların əlçatanlığını təmin etmək, yeni qaydaların işlənməsinə rəvac vermək və müxtəlif güzəştlər tətbiq etmək olar”.

Tarix
2024.08.02 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla