Yuxarı

Röyanın keçmiş ərinin milyonları oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun pulu oğurlanıb.

Axar.az xəbər verir ki, o bu haqda rəsmi İnstaqram səhifəsində məlumat verib. İş adamı bankı onun və yaxınlarının hesabından pul oğurlamaqda ittiham edib:

"Bank Standart"da mənə və yaxın qohumlarıma məxsus hesablardan bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bizim razılığımız olmadan hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilib.

Lakin Bakı Apelyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləğv edilib. Beləcə, bankın bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır olunub".

Qeyd edək ki, Anar Cəlilov və Röya Ayxan 2014-cü ildə boşanıblar.

Tarix
2016.04.07 / 16:16
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla