Yuxarı

Abşeronda şəhid övladları ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda şəhid övladları ilə görüş keçirildi - Foto

Abşeron rayonunda “Bilik Günü” münasibəti ilə 2024-2025-ci tədris ili üzrə ali məktəbə daxil olan və birinci sinfə gedəcək şəhid övladları, o cümlədən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

Axar.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, digər rəsmi şəxslər və şəhid ailələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bu il ali məktəblərə keçirilən imtahanlarda uğur qazanan abituriyentləri və məktəblərə ilk qədəmlərini qoyan şəhid övladlarını təbrik edib, onlara təhsil həyatlarında müvəffəqiyətlər arzulayıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzuqgörənliyi, siyasi iradəsi, “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın və ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra bütöv müstəqil Azərbaycanda təhsilin tədrisi həyata keçirilməyə başlayıb. Bu il Qarabağ Universitetinin fəaliyyətə başladığını, abituryentlərdə bu təhsil ocağına böyük marağın olduğunu vurğulayan Abdin Fərzəliyev ölkəmizin hər yerində təhsilin keyfiyyətinə böyük önəm verildiyini, təhsilin inkişafının dövlətimizin prioritet məsələlərindən biri olduğunu qeyd edib.

Sonda şəhid övladları olan birincilərə və tələbə adını qazanmış şəhid övladlarına, o cümlədən yüksək bal toplamış abituriyentlərə hədiyyələr təqdim edilib, xatirə şəkili çəkilib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində yaşayan 81 şəhid övladı məktəbli ləvazimatları ilə təmin olunub.

Tarix
2024.09.07 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla