Moskvada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl
Cabbarov aprelin 14-də Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin
(RAGB) fəalları ilə görüşüb.
Trend-in məlumatına görə, Azərbaycanın
Rusiyadakı səfirliyində keçən görüşdə nazir təhsil sahəsində
ölkələrimiz arasında arasında münasibətlərin tarixi köklərindən
danışıb, Azərbaycan gənclərinin bu əlaqələrin daha da inkişafında
xüsusi rolunu qeyd edib.
"Son illər əlaqələrimiz daha da genişlənib. Bakıda Rusiyanın
Lomonosov adına MDU və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin filiallları açılıb. Eyni zamanda Azərbaycanın
xaricdə ilk təhsil müəssisəsi də Rusiyada fəaliyyətə başlayıb. İlk
dəfə olaraq Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad
Universitetinin filialı fəaliyyət göstərəcəkdir. Eyni ilə orta
məktəblərdə rus dilində təhsil almağa böyük marağın olması
ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha da inkişafına
töhfə verir", - deyə nazir bildirib.
Mikayıl Cabbarov bu günlərdə Azərbaycanın Rusiyadakı
səfirliyinin nəzdnində tələbə elmi şurasının yaradılmasını da
alqışladı.
Nazir eyni zamanda bu gün xaricdə təhsil ilə bağlı mövcud
problemlərdən və onların həlli yollarına da toxundu. O bildirdi ki,
xaricdə təhsil alan tələbələrimizi 2 qrupa bölmək olar. İlk öncə
bura Dövlət proqramı çərçivəsində təhsil alan tələləbəri aid etmək
olar. Bu qrupa aid olan tələbələr Azərbaycanın təhsil sistemində
təklif olunan məhsullarla məhdudlaşmayaraq, dünyanın tanınmış
təhsil müəssisələrinə müraciət edirlər. Bu qrup azlıq təşkil edir.
Digər qrupa isə ali təhsilə başlamaq üçün zəruri olan biliyə cavab
verməyən tələbələri aid etmək olar. "Bu qrup çoxluq təşkil edir. Bu
tələblələr təhsil almaq istəyindədilər, amma minimal keyfiyyətə
belə cavab vermirər və adətən Gürcüstanda və ya bəzən Rusiyada
biliyin minimal səviyyəsinə dair heç bir tələb irəli sürməyən ali
təhsil müəssisələrinə müraciət edirlər. Adətən bu tədris
ocaqlarında münasibətlər təhsilin mahhiyyəti üzərində deyil, təhsil
haqqı üzərində qurulur. Rusiya Federasiyasının hər hansı bir bir
təhsil müəssisəsinin diplomunu əldə etmiş, ama rus dilində
fikirlərinin ifadə edə bilməyən insanın diplomunun təsdiq edilməsi,
mən nazir olduğum dövrdə gözlənilməməlidir", - deyə nazir
bildirib.
Mikayıl Cabbarov Rusiyada təhsil alan gəncləri ölkələrimiz
arasında humanitar sahədə birgə layihələrin həyata keçirməyə
çağırdı və nazirliyin böyük məmnuniyyətlə bu layihələrə dəstək
olacağını bildirdi.
Nazirin səfəri müxtəlif görüşlərlə davam etdi. Günün ikinci
yarısında Mikayıl Cabbarov Rusiya Təhsil Akademiyasının prezidenti
Lyudmila Verbitskaya, habelə Moskva şəhərinin təhsil
departamentinin nümayənədələri ilə və "Rossotrudniçestvo"da bir
sıra görüşlər keçirdi.
Xatırladaq ki, aprelin 13-də Mikayıl Cabbarov Rusiya paytaxtında
keçirilən III Moskva Beynəlxalq təhsil sərgisinin açılışında
iştirak etdi.
Sərgi çərçivəsində M.Cabbarov A.S.Puşkin adına Rus Dili
İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüşüb. Söhbət
zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda
rus dilinin tədrisi və digər məsələlər müzakirə olunub. Həmin gün
Mikayıl Cabbarov Rusiya Dövlət Humanitar Universitetində (RDHU)
olub.
Universitetin rektoru Yevqeni İvaxnenko və ali məktəbin
prezidenti Yefim Pivovar Mikayıl Cabbarovu ali təhsil müəssisəsinin
kitabxanası və muzeyi, auditoriyaları ilə tanış ediblər.
Sonra universitetin professor-müəllim heyəti Azərbaycan
nümayəndə heyəti ilə görüşüb.