Yuxarı

Vahid tələbə kartı bu güzəştləri verəcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TələbəPlus” layihəsi çərçivəsində oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.

Təhsilin İnkişafı Fondundan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu karta sahib olan tələbələr VİSA-nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər.

“Layihəyə 250 yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər olacaq. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu gün isə Mədəniyyət Nazirliyi ilə layihə çərçivəsində müqavilə imzalanacaqdır. Layihənin ilkin mərhələsində Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. 17 ali təhsil müəssisəsinin proqrama bu il qoşulması razılaşdırılıb. 11 universitet ilə müqavilə artıq imzalanıb. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər. Onu da bildirmək istərdik ki, irəliləyən mərhələlərdə digər region universitetləri, eləcə də texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur”, - fonddan bildirilib.

Həmçinin qeyd edilib ki, kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub:

“Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir. Kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər. Tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə BirBank mobil tətbiqində “TələbəPlus” bölməsi yaradılacaqdır ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. Sözügedən tələbə kartının asanlıqla “Apple Pay” və “Google Pay” elektron pul kisələrinə əlavə edilə bilməsi onun digər tələbə kartlarından əsas üstünlüyü olacaq”.

Tarix
2024.10.09 / 14:48
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla