Yuxarı

Bu məhsulların yeni gömrük rüsumu müəyyən edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diri və soyudulmuş balıq növlərinin və təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, bu qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən bir sıra diri və soyudulmuş balıq növlərinin idxalına 0% dərəcəsində, təhlükəsizlik ayaqqabılarının idxalına isə 15% dərəcəsində gömrük rüsumu müəyyən olunmuşdu.

Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumları 0% dərəcəsindən 15% dərəcəsinə yüksəldilir, həmçinin təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.

Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.

Tarix
2024.10.16 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya 200 minlik “şəhər” gəlir: Media 11 gündə nə edəcək?

İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu

Prezident bu qanun layihəsini MM-ə təqdim etdi

Tehran susur, çünki “şir” atılmağa hazırlaşır - Gevorqyan

Bu açıqlama İrəvanı qarışdırdı: sülh sazişi tam hazırdır?

MM-də iclas: Yeni qanun layihəsi hazırlandı

İrana səfərimin məqsədi... - Mustafayev

BTQ-dən Sebanın Fransada saxlanılmasına reaksiya

Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır - Təcili

Erməni səfir Azərbaycanın Müstəqillik Gününə belə hazırlaşır

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla