Yuxarı

Prezidentin başçı təyin etdiyi Cabbar Musayev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Axar.az xəbər verir ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.

O, Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

C.Musayev iqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.

Tarix
2024.11.04 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Sabah 18 kənddə qaz olmayacaq

Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video

Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian

Azərbaycan və Nepal XİN başçıları danışdı

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla