Yuxarı

Bu məktəbə istilik verilmir - “Azəristilik” səbəbini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məktəbə istilik verilmir - “Azəristilik” səbəbini açıqladı

Noyabrın 15-dən aran rayonları üzrə qış mövzümünə keçilsə də, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki 6 saylı tam orta məktəbə istiliyin verilməsi təmin edilməyib.

Axar.az TNS-ə istinadla xəbər verir ki, təhsil müəssisəsinə istilik verilmədiyindən müəllim və texniki heyət soyuğa görə məktəbə gələ bilmir.

“Məktəbin 125 nəfər müəllim və texniki işçisi var. Sumqayıtın ən böyük orta məktəblərindən biridir. Noyabrın 14-dən də hər gün işə gəlirik. Amma soyuqdan məktəbdə oturmaq olmur. Azəristiliktəchizat ASC-nin Sumqayıt İstilik Sistemləri İstismar Sahəsindən deyirlər ki, hər şey hazırdır, qazanxanalar işlək vəziyyətə gətirilib. Amma “Azəristiliktəchizat” istilik sistemini qoşmağa icazə vermir. Deyirlər ki, bu qurum hələ məktəbə limit ayırmayıb. Nə vaxt limit ayrılsa, istiliyi də onda verəcəklər”, - müəllimlərdən biri bildirib.

Azəristilik ASC-dən isə sorğumuza cavab olaraq bildirilib ki, istilik təchizatı MÜTDA-nın müraciəti əsasında dayandırılıb:

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müraciəti əsasında sözügedən məktəbdə istilik təchizatı dayandırılıb. Növbəti günlərdə müraciətlər əsasında təchizat bərpa olunacaq”.

Tarix
2024.11.19 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla