Yuxarı

General Qarabağda yeni yaradılan strukturları açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Qarabağda yeni yaradılan strukturları açıqladı

İşğaldan azad olunduqdan sonra Zəngilan, Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının 13 hərbi qulluqçusu dövlət sərhədini mühafizə edərkən şəhid olub:

"Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. “Dəmir Yumruq” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib".

Araz Məmmədovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX-nin Sərhəd Qoşunlarının 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhid olub.

O bildirib ki, döyüş əməliyyatlarında iştirak etmiş 1843 hərbi qulluqçu təltif olunub, onlardan 719 nəfər hərbi qulluqçu ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif edilib.

“Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb. Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlayıblar", - deyə general əlavə edib.

Tarix
2024.11.22 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla