Yuxarı

Masallıda dəhşət: İçib dalaşdılar, qətl baş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda dəhşət: İçib dalaşdılar, qətl baş verdi

09:17

Noyabrın 26-sı saat 01 radələrində Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

APA-nın məlumatına görə, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı İsrafil Cavadov Sabirabad rayon, qətlə yetirilən 40 yaşlı Sirus Mehdiyev isə Samux rayon sakinidir. Onlar Masallıya istixana qurmaq üçün gediblər. Onların ötən gecə kirayə qaldıqları evdə spirtli içki qəbul edib, daha sonra mübahisə etdikləri bildirilir. Mübahisə zəminində bıçaqlanma olub, Sirus Mehdiyev çoxlu qan itirməsi nəticəsində ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Tarix
2024.11.26 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla