Yuxarı

Əhməd barədə hökm qanuni qüvvəyə mindi - Xüsusi məqam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhməd barədə hökm qanuni qüvvəyə mindi - Xüsusi məqam

Bakının Xətai rayonunda 5 ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində çıxarılan hökm qanuni qüvvəyə minib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Əhmədin işi üzrə qanuni nümayəndə və hüquqi varislərin heç biri şikayət ünvanlamayıblar.

20 gün müddət keçdiyinə görə hökm qanunu qüvvəyə minib. Qanunvericiliyə görə, hökmün çıxarılmasından 20 gün keçdikdən sonra tərəflər yenidən Ağır Cinayətlər Məhkəməsinə şikayət vermək hüququnun bərpasıyla bağlı vəsasət verə bilərlər.

Qeyd edək ki, Əhməd Əhmədovun əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib.

O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib. Əhməd Əhmədovun barəsində hökm 2024-cü il oktyabrın 10-da çıxarılıb.

Tarix
2024.11.26 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Aşqabadda mühüm forumda iştirak edir

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 22 il ötür

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla