Yuxarı

Bu torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaq icarəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

***

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalaylb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.8-ci və 10-1.9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 10-1.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 10-1.9-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarını və tətbiq ediləcək güzəştin həcmini üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Fərmanın 3.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra − EKTİS) vasitəsilə müraciət edə bilmələri üçün onların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

3.3. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

4.1. bu Fərmanın 2-ci hissəsinə və 3.1-ci bəndinə uyğun olaraq, kənd təsərrüfatı təyinatlı torpaqların (bundan sonra – torpaqlar) icarəyə verilməsinin EKTİS vasitəsilə təşkili üçün tədbirlər görsün;

4.2. bu Fərmanın 3.1-ci bəndinə uyğun olaraq kənd və qəsəbə sakinlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə onların təlim keçməsi üçün tədbirlər görsün.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. işğaldan azad edilmiş ərazilər üzrə təklif daxil olduğu tarixdən iki ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında torpaqların müəyyən edilməsini və 5,0 hektardan az olmayan konturlara (parsellərə) bölünməklə kompleks yerquruluşu layihələrinin hazırlanmasını təmin etsin;

5.2. bu Fərmanın 2-ci hissəsinə və 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilmiş torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə və qaydada təmin etsin.

6. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulmuş kompleks yerquruluşu layihələrinə uyğun olaraq aşağıdakı tədbirlər görülsün:

6.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, üç ay müddətində torpaqlarda yol-nəqliyyat infrastrukturunun qurulmasını təmin etsinlər;

6.2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti üç ay müddətində torpaqları elektrik təchizatı şəbəkəsi ilə təmin etsin;

6.3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir il müddətində torpaqları su təchizatı şəbəkəsi ilə təmin etsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3–6-cı hissələrində nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar zəruri maliyyələşməni təmin etsin və tələb olunan vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərə tutulması üçün tədbirlər görsün.

8. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 168 (Cild I); 2024, № 6 (I kitab), maddə 665, № 8, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1-ci bənddə “və 10-1.7-ci” sözləri “, 10-1.7-ci, 10-1.8-ci və 10-1.9-cu” sözləri ilə əvəz edilsin;

8.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 10-1.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

8.3. 2.6-cı bənddə “maddəsində” sözü “və 10-1.9-cu maddələrində” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 328 (Cild I); 2024, № 7, maddə 823) 1.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1.1. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə:

1.1.1. kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə investisiya müsabiqələri keçirilməsi yolu ilə icarəyə verilməsi;

1.1.2. əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların birillik və çoxillik əkinlər üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi;

1.1.3. heyvandarlığın inkişafı üçün məqsədli təyinatı biçənək, örüş və otlaq olan kənd təsərrüfatı təyinatlı torpaqların fiziki və hüquqi şəxslərə icarəyə verilməsi;”.

Tarix
2024.11.27 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya - Foto

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya

Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

Bu, Əliyevin qələbəsidir - Solonnikov

Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla